“Uğura Aparan Yol Burada Başlayır!”
Shahana Academy 2024-cü ildən etibarən fəaliyyətə başlamış müasir tədris mərkəzidir. Mərkəzimiz təhsil sahəsində innovativ yanaşmalar və peşəkar müəllim heyəti ilə seçilərək, şagirdlərin, tələbələrin və müəllimlərin bilik və bacarıqlarını inkişaf etdirməyi qarşısına məqsəd qoymuşdur.
Fəaliyyətə başladığımız gündən etibarən müxtəlif yaş qruplarına və təhsil pillələrinə uyğun hazırlanmış dərs proqramlarımızla yüzlərlə tələbəyə keyfiyyətli təhsil təqdim etmişik. Akademiyamız yalnız nəzəri bilikləri deyil, həm də praktiki bacarıqları ön planda tutaraq, iştirakçıların imtahanlara və real tapşırıqlarına hazır olmasını təmin edir.
Fəaliyyət sahələrimizə daxildir:
Tərbiyəçilərin İşə Qəbulu və Sertifikasiyası – Pedaqoji bilik və bacarıqların inkişafı, işə qəbul və sertifikat imtahanlarına hazırlıq.
Məktəbəqədər Müdirlərin İşə Qəbulu və Diaqnostikası – Məktəbəqədər müəssisələrin idarə olunması sahəsində biliklərin artırılması və diaqnostik imtahanlara hazırlıq.
Müdürlərin İşə Qəbulu və Sertifikasiyası – Ümumi təhsil müəssisələrinin idarə heyətinə namizədlər üçün peşəkar hazırlıq.
Abituriyent Hazırlığı (IX–XI siniflər) – DİM proqramına uyğun, fənn üzrə yüksək səviyyəli hazırlıq.
Təkmilləşdirmə Kursları (V–IX siniflər) – Məktəbdəki dərslərlə paralel, əlavə möhkəmləndirmə tədrisi.
Lisey və Gimnaziyalara Hazırlıq – İmtahanlara uyğun şəkildə proqramlaşdırılmış fənn hazırlığı.
Rəsm Dərsləri – Yaradıcı qabiliyyətlərin inkişafı üçün nəzərdə tutulmuş kurslar.
Bundan əlavə, 1–6 yaş qrupu uşaqlar üçün yaradıcılıq yönümlü masterclass və workshoplar təşkil edilir. Bu tədbirlər uşaqlarda həm əylənərək öyrənmə, həm də erkən inkişaf məqsədi daşıyır.
Shahana Academy daim yenilikçi və keyfiyyət yönümlü yanaşması ilə təhsildə uğur qazandırmağı əsas məqsəd olaraq görür.
Tədris proqramlarımızın 100% Dövlət İmtahan Mərkəzi (DİM) və Elm və Təhsil Nazirliyinin qəbul proqramına uyğun olmasına tam zəmanət veririk.
Missiyamız
Keyfiyyətli təhsili hər kəs üçün əlçatan etmək və şagirdlərin uğuruna dəstək olmaq.
Vizyonumuz
Azərbaycanın aparıcı tədris mərkəzi olmaq və innovativ təhsil təqdim etmək.
Dəyərlərimiz
Peşəkarlıq, fərdi yanaşma, innovasiya, dürüstlük və davamlı inkişaf.
Niyə Bizi Seçməlisiniz?
Təcrübə və Peşəkarlıq
Sual, Test və Kurslar
Dəstəkçi Komanda
Uğurlarımız və Statistikalar
Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır.
Peşəkar Komandamız
Sizin uğurunuz üçün çalışırıq
Gələcəyə yol açan məkan






